Accessibility links

Səudiyyə Ərəbistanı vəliəhdi boykot edilmiş investisiya konfransına qatılıb


Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman (ortada) və İordaniya kralı Abdulla Ər-Riyadda investisiya konfransında, 23 oktyabr, 2018.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman dünyanın biznes liderləri və siyasətçilərin səudiyyəli jurnalist Camal Xaşqcinin qətli ilə əlaqədar olaraq boykot etdikləri investisiya konfransına qatılıb.

Qətldə əli olduğundan şübhələnilən vəliəhd axşam saatlarında konfransa gələrək, sərgini ziyarət edəib və “əla, adam çoxdur, pul da çoxdur” deyib.

Səudiyyə Ərəbistanı çərşənbə axşamı 50 milyard dəyərində razılaşmalar imzalayıb. Bu, Xaşuqcinin İstanbuldakı konsulluqda qətli ilə əlaqədar ziddiyyətlərə baxmayaraq, konfransın investisiyalar cəlb edə bilməsinə işarə edir.

Səudiyyə Ərəbistanının mətbuatının təqdim etdiyi fotoda kral Salman (sağda) Camal Xaşuqcinin oğlu Salahla söhbət edir, vəliəhd Məhəmməd bin Salman arxada dayanıb, Ər-Riyad, 23 oktyabr, 2018.
Səudiyyə Ərəbistanının mətbuatının təqdim etdiyi fotoda kral Salman (sağda) Camal Xaşuqcinin oğlu Salahla söhbət edir, vəliəhd Məhəmməd bin Salman arxada dayanıb, Ər-Riyad, 23 oktyabr, 2018.

Konfransın iki mindən çox iştirakçısı krallığın de-fakto lideri olan Məhəmməd bin Salman tədbirə gəldiyi zaman onu alqışlarla qarşılayıb.

Ər-Riyadda Gələcək İnvestisiya Təşəbbüsü konfransının boykot edilməsi Camal Xaşuqcinin qətli və Səudiyyə Ərəbistanının baş verənlərlə bağlı fərqli izahatları ilə əlaqədardır.

Tədbirdə iştirakını təxirə salanlar arasında ABŞ-ın maliyyə naziri Stiven Mnuçin, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, JP Morgan Chase kimi bir sıra böyük korporasiya şirkətlərinin rəhbərləri var.

Beynəlxalq boykot nəticəsində neftlə zəngin krallığın iqtisadiyyatını transformasiya etmək məqsədilə şahzadə Məhəmməd bin Salman tərəfindən təsis edilən tədbir keçən ilki inaqurasiyası ilə müqayisədə tamamilə fərqli bir şəkildə keçir.

Təhlükəsizlik kameraları jurnalist Camal Xaşuqcinin nişanlısı Hadice Cengizlə İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında görüntülərini qeydə alıb.
Təhlükəsizlik kameraları jurnalist Camal Xaşuqcinin nişanlısı Hadice Cengizlə İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında görüntülərini qeydə alıb.

Washington Post qəzetinin yazarı, jurnalist Camal Xaşuqci oktyabrın 2-də evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Türkiyə rəsmiləri onun konsulluqda qətlə yetirildiyini bildirib.

Türkiyə mətbuatının işgəncə də daxil olmaqla, Xaşuqcinin qətli ilə bağlı verdiyi məlumatları qəti şəkildə rədd etdikdən sonra Səudiyyə Ərəbistanı nəhayət keçən həftə onun konsulluqda mübahisə nəticəsində yaranmış dava zamanı öldüyünü etiraf edib. Verilən məlumatlara görə, jurnalist Türkiyəyə gələn 15 nəfərdən ibarət qrup tərəfidən öldürülüb və onun cəsədi parçalanıb.

Xaşuqcinin qətli Səudiyyə Ərəbistanının kralı Salmanın oğlu, vəliəhd Məhəmməd bin Salman tərəfindən fərqli düşünənlərə qarşı repressiyaların gündəmə gəlməsi ilə nəticələnib.

XS
SM
MD
LG