Accessibility links

Səudiyyə Ərəbistanı Yəmən üsyançıları tərəfindən buraxılmış dronu ələ keçirdiyini iddia edir


Arxiv fotosu - Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın əsgərləri Yəməndə Mokoda keşik çəkir, 12 fevral, 2018

Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəmən üsyançıları tərəfindən buraxılmış dronun ələ keçirdiyi bildirilir.

Rəsmi Səudiyyə xəbər agentliyi koalisiyanın sözçüsü Turki Əl-Malikinin “silahlı bir pilotsuz təyyarənin ələ keçirilib məhv edildiyi” bildirilən bəyanatını açıqlayıb.

“O, regionda mülki əhalini və mülki obyektləri hədəf almaq üçün sistematik olaraq və bilərəkdən terrorçu Husi döyüşçüləri tərəfindən buraxılıb”, bəyanatda bildirilir.

İran tərəfindən dəstəklənib Yəmənin şimalının böyük hissəsinə nəzarət edən Husilər dron hücumu ilə bağlı məsuliyyəti dərhal öz üzərinə götürməyiblər.

İnsident BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin Yəməndə humanitar böhranı müzakirə etmək üçün İrana iki günlük səfərinə başladığı zaman və ABŞ Prezidenti Co Bayden administrasiyasının keçən həftə Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi əməliyyatlara dəstəyi dayandıracağını elan etməsindən sonra baş verib.

“Xüsusi nümayəndənin birbaşa prioriteti münaqişə tərəfləri arasında ölkə üzrə atəşkəs, təcili humanitar tədbirlər və siyasi prosesin yenidən bərpa edilməsi barədə razılığa dəstək verməkdir” - BMT-nin bəyanatında deyilir.

Cümə günü ABŞ Dövlət Departamenti Husi üsyançılarının ABŞ-ın terror təşkilatları siyahısından çıxarılması niyyətində olduğu barədə Konqresi məlumatlandırdığını bildirib.

Keçmiş Prezident Donald Trampın administrasiyası Husi üsyançılarını ötən ilin sonlarında terrorçu qrup elan etmişdi.

Səudiyyə Ərəbistanı ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyərək, 2015-ci ildə Yəməndə münaqişəyə müdaxilə edib.

XS
SM
MD
LG