Accessibility links

Səudiyyə Ərəbistanında kral ailəsinin iki üzvünün həbs edildiyi bildirilir


Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanı Səudiyyə kral ailəsinin iki üzvünü, Kral Salmanın kiçik qardaşı Şahzadə Əhməd bin Əbdüləziz və kralın qardaşı oğlu Məhəmməd bin Nayefi həbs edib. Bu barədə məsələ ilə yaxından tanış olan iki ayrı mənbə məlumat verib.

Kral Salmanın oğlu və dünyanın ən böyük neft ixracatçısı və ABŞ müttəfiqinin de fakto lideri vəliəhd şahzadə Məhəmməd bin Salman 2017-ci ildə saray çevrilişi nəticəsində əmisi oğlu Məhəmməd bin Nayefi vəliəhdlikdən devirərək, hakimiyyəti öz əlində toplayıb. O, həmin il korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində kral ailəsinin bir neçə üzvünü də həbs edib.

Mənbələrdən biri bildirib ki, krail ailələrinin üzvləri cümə günü həbs olunub. Reuters həbslərin arxasındakı səbəbləri dərhal müəyyən edə bilməyib.

Kral ailəsinin üzvlərinin həbsi barədə məlumatı Wall Street Journal yayıb və onların həbsinin iddia olunan çevriliş cəhdi ilə əlaqədar olduğunu bildirib.

Səudiyyə rəsmilərindən şənbə günü məsələ ilə bağlı şərh almaq mümkün olmayıb. Səudiyyə hökümətinin media idarəsi Reutersin şərh çağırışına dərhal cavab verməyib.

Şahzadə Məhəmməd hakimiyyətdəki gücünü möhkəmləndirməklə hakim ailənin bəzi üzvlərinin nifrətinə səbəb olub. Mənbələrin bildirdiyinə görə, bəziləri 2018-ci ildə tanınmış jurnalistin səudiyyəli agentlər tərəfindən öldürülməsi və ötən il Səudiyyənin neft infrastrukturuna ən böyük hücumdan sonra onun ölkəni idarə etmək bacarıqlarını sual edib.

Onlar bildirib ki, Səudiyyədə tahta gələcək insanın dəyişməsini istəyən kral ailəsinin üzvləri Kral Salmanın ana-atası bir olan yeganə qardaşı Şahzadə Əhmədi ailə üzvləri, təhlükəsizlik aparatı və bəzi Qərd qüdrətlərinin dəstəkləyəcəyi mümkün vəliəhd kimi görürdülər.

Səudiyyənin kral ailəsi ilə yaxından tanış olan insanlar və diplomatlar deyir ki, ailənin 84 yaşlı kral həyatda ikən vəliəhd şahzadəyə müqavimət göstərəcəyi gözlənilmir, çünki onlar kralın ən sevdiyi oğluna qarşı çıxmayacağını bilir. Kral səlahiyyətlərinin çoxunu oğluna tapşırıb, amma hələ də hər ilk keçirilən cabinet görüşlərinə sədrlik edir və xarici rəsmiləri qəbul edir.

Şahzadə Əhməd 2 ay xaricdə yaşayandan sonra 2018-ci ilin oktyabr ayında Ər-Riyada geri dönüb. O, səfəri zamanı Səudiyyə rəhbərliyini tənqid edib.

Mənbələrin daha öncə verdiyi məlumata görə, o, hakim Əl-Səud ailəsinin Məhəmməd bin Salmanın vəliəhd şahzadə olmasına qarşı çıxan üzvlərindən ibarət Sədaqət Şurasının üç üzvündən biri olub.

Məhəmməd bin Nayefin hərəkətləri o zamandan bəri məhdudlaşırılıb və o təqib olunur.

Ən son həbslər Səudiyyə Ərəbistanın regiondakı rəqibi İranda gərginliyin artdığı və vəliəhd şahzadə ambisiyalı sosial və iqtisadi islahatlar etdiyi vaxta təsadüf edir. Səudiyyə Ərəbistanı hazırda dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarət İyirmilər qrupuna sədrlik edir.

Məhəmməd Şahzadə Səudiyyə Ərəbistanında ölkədə sosial məhdudiyətləri azaltdığı üçün alqışlanıb. Lakin o, Yəməni dağıdan müharibə, jurnalist Camal Xaşuqçinin Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsi və qadın haqları fəallarının həbs olunması səbəbilə tənqidlərlə üzləşir.

Şərhlərə bax

XS
SM
MD
LG