Accessibility links

Səudiyyə Ərəbistanının kralı koronavirusa yoluxan vətəndaşlarının müalicəsini maliyyələşdirəcək


Səudiyyə Ərəbistanının səhiyyə naziri bazar ertəsi hökumətin ölkədə koronavirus xəstəliyinə yoluxan hər kəsin müalicəsini maliyyələşdirəcəyini bildirib. Bu arada Kənd Təsərrüfatı Nazirliyi qlobal qıtlıq qorxusu fonunda buğda və heyvandarlıq tədarükünü artırmaq üçün addımlar atır.

Krallıq altı Körfəz ərəb dövlətləri arasında ən yüksək - 1453 yoluxma, 8 ölüm halı qeydə alınan ölkədir.

Səhiyyə naziri Təvfiq Əl-Rəbiə kral Salmanın koronavirus diaqnozu qoyulan vətəndaşlar və sakinlərin müalicəsini ödəyəcəyini deyib və simptomları olan insanları müayinədən keçməyə çağırıb.

Mətbuat konfransında "Biz hamımız eyni gəmidəyik" deyən nazir vəliəhd şahzadə Məhəmməd bin Salmanın qorunma səylərinə "gecə-gündüz" nəzarət etdiyini bildirib.

Krallığın de-fakto hökmdarını son dəfə martın 3-də, əmisi və üç əmisi oğlunun həbs edilməsindən əvvəl kabinet iclasında görüblər. Müşahidəçilər bu həbsləri onun taxta gedən yolunu tam açmaq səylərinin tərkib hissəsi kimi qiymətləndirir.

XS
SM
MD
LG