Accessibility links

Saab istehsal edən İsveç avtomobil şirkəti müflis olub


Saab istehsal edən İsveç avtomobil şirkəti müflis olub
Saab istehsal edən İsveç avtomobil şirkəti müflis olub

Saab şirkətinin sabiq sahibi General Motors şirkətin Çin investorları ilə xilas razılığının qarşısını aldıqdan sonra Saab istehsal edən İsveç avtomobil şirkəti müflis olub. Şirkət bu gün iflas olduğu barədə rəsmi şəkildə sənəd təqdim edib. Saab avtoistehsalçısının hal-hazırkı sahibi İsveç Avtomobil şirkəti Saab şirkətini General Motors şirkətindən 2010-cu ildə almışdı. O, deyib ki, əlavə maliyyə vəsaitləri olmadan şirkətin fəaliyyəti donacaq və kreditorlar üçün ən yaxşı seçim müflisləşmə haqda müraciətlə çıxış etməkdir. General Motors 1989-cu ildə Saab şirkətinin istiqrazlarının 50 faizini alıb və 2000-ci ildə şirkətin tam sahibi olub. General Motors hələ də Saab-ın texnolojı lisenziyalarının bəzilərinin sahibidir və onların çinli rəqiblər tərəfindən yiyələnməsini istəməyib.

XS
SM
MD
LG