Accessibility links

Mixail Saakaşvili Gürcüstanın Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyib


Mixail Saakaşvili Gürcüstanın Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyib
Mixail Saakaşvili Gürcüstanın Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu deyib

Prezident Mixail Saakaşvili Rusiya ilə işğal olunmuş ərazilərlə bağlı münaqişədə birtərəfli şəkildə hərbi qüvvədən istifadə etməməyə söz verib və deyib ki, Gürcüstan Moksva ilə daha konstruktiv münasibətlərə hazırdır. Gürcüstan prezidenti Strasburqda Avropa Parlamenti qarşısında çıxış edib.

“Gürcüstanın Rusiya Federasiyası ilə münaqişənin dinc yolla həllinə sadiq olduğunu sübut etmək üçün biz bu gün birtərəfli qaydada elan edirik ki, Gürcüstan Rusiyanın işğal edilən ərazilərdən geri çəkilməsi və işğal edilmiş ərazilərdə nəzarətin bərpa edilməsi üçün hərbi gücdən istifadə etməyəcək.”-deyə prezident Saakaşvili bidirib.

Qərbyönlü prezident bundan öncə Fransa qəzetinə verdiyi müsahibədə bildirib ki, qeyri-zorakılığa dair bu vəd mübahisəli bir addımdır, çünki hər bir ölkə öz ərazi bütövlüyü və suverenliyini hərbi yolla bərpa etmək hüququna malikdir.

Rusiya və Gürcüstan arasında 2008-ci ildə baş vermiş qısa müddətli müharibə Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıması ilə nəticələndi. Beynəlxalq ictimiayyət bu regionların müstəqilliyini tanımır.

“Əgər Rusiya Federasiyası işğalçı qüvvələrini regiondan çəkməkdən imtina etsə və onun əlaltıları insan hüquqlarını pozma hallarını artırsa belə, Gürcüstan yalnız yeni hücumlar və müdaxilə qarşısında özünümüdafiə hüququndan istifadə edəcək.”-deyə prezident Saakaşvili bidirib.

Müharibədən sonra Rusiya və Gürcüstan arasında münasibətlər olduqca gərgin bir həddə çatıb, lakin prezident Saakaşvili deyir ki, o, Moksva ilə daha yaxşı münasibətlər qurmağa hazırdır.

“Buna görə mən Rusiya liderlərini gələcəyin seçimini etməyə çağırıram:onlar bizim bütöv regionumuzun transformasiyasında başqa ölkələri vassal deyil, tərəfdaş kimi qəbul edərək, çox böyük və müsbət rol oynaya bilərlər.”-deyə prezident Saakaşvili bidirib.

Prezident Saakaşvili Gürcüstan ərazisinin Rusiya tərəfindən işğalı məsələsində hərbi gücdən istifadə etməmək haqda vədini Gürcüstan Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsini blok edəcəyi ilə təhdid etdikdən sonra verir. Dünya Ticarət Təşkilatına üzv olmaq üçün bütün ölkələrin razılığı lazımdır.

Rusiya və Birləşmiş Ştatlar bu yaxınlarda Rusiyanın təşkilata üzlüyünə yol açacaq razılığa imza atıblar.

“Mən Avropa və Amerika liderlərinin Rusiya ilə daha konstruktiv münasibətlər qurmaq səyləri ilə tam razıyam. Bu münaqişə bizim xalqlarımız arasında münasibətləri ağırlaşdırmamalıdır. Mən rus xalqına demək istəyirəm ki, onlar həmişə Gürcüstanda tərəfdaş, turist, tələbə, jurnalist, ya da dost kimi qarşılanacaqlar. İşğalçı qüvvə kim yox.”-deyə prezident Saakaşvili bidirib.

XS
SM
MD
LG