Accessibility links

Saakaşvilinin tərəfdarları Kiyevdə üçüncü "İmpiçment yürüşü" keçirir


Dekabrın 17-də Odessanın sabiq qubernatoru və Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin tərəfdarları yenidən Kiyev küçələrinə çıxıblar.

Onlar Ukrayna prezidenti Petro Poroşenkonun impiçment edilməsinə çağırırlar.

Yürüş Ukrayna paytaxtının Şevçenko parkından başlayıb.

Aksiyada Saakaşvili ilə birlikdə həyat yoldaşı Sandra da iştirak edir.

"Poroşenkonun məni saldığı kamerada sizin səsinizi eşidirdim. Siz məni azad etdiniz, mənsə sizə Ukraynanı Poroşenkodan azad etməkdə kömək edəcəm" - Saakaşvili deyib.

Yürüşçülər Müstəqillik Maydanına doğru hərəkət edirlər.

Aksiya iştirakçıları "İstefa", "İmpiçment", "Banda - rədd ol" kimi şüarlar səsləndirirlər.

Bundan əvvəl Saakaşvili bildirmişdi ki, polis onun tərəfdarlarının Maydanda səhnə quraşdırmasına maneçilik törətməyə çalışıb.

Saakaşvili tərəfdaları ötən həftə də eyni şüarla aksiya keçiriblər.

Onlar Sakaşvilinin saxlandığı təcridxananın önünə toplaşmışdı.

Bunun ardınca məhkəmə Sakaşvilinin ev dustağı edilməsi barədə prokurorluğun müraciətini rədd etmişdi.

XS
SM
MD
LG