Accessibility links

Pakistanın keçmiş prezidenti siyasi partiya təsis etməyə hazırlaşır


Pərviz Müşərrəf 2013-cü ildə nəzərdə tutulmuş növbəti seçkilərdə iştirak etmək üçün Pakistana qayıtmaq istəyir

Pakistannın sabiq prezidenti Pərviz Müşərrəf impiçment təhlükəsi qarşısında iki il əvvəl istefa verdikdən sonra gələn ay yeni siyasi partiya təsis etməyi planlaşdırır. Cənab Müşərrəf bu gün bildirib ki, o, oktyabr ayının biri hazırda yaşadığı Londonda özünün Bütöv Pakistan Müsəlman Liqası adlı partiyasını təqdim edəcək. Cənab Müşərrəf inanır ki, partiya dəyişikliklər tərəfdarı olan gənc pakistanlıların amallarına xidmət edəcək. Cənab Müşərrəf 2013-cü ildə nəzərdə tutulmuş növbəti seçkilərdə iştirak etmək üçün Pakistana qayıtmaq istədiyini bildirib. 67 yaşlı Müşərrəf hərbi hakimiyyəti dövrü hadisələrə görə cinayətə cəlb oluna biləcəyinə baxmayaraq geriyə dönə biləcəyinə inanıt. Pakistanın sabiq lideri bu açıqlamaları investorların konfransında iştirak etdiyi Honq Konqda verib.

XS
SM
MD
LG