Accessibility links

Ruslan Sabirli: `Azərbaycan serialları daha yüksək səviyyələrə qalxacaq` [Audio]


Ruslan Sabirli
Ruslan Sabirli

Aktyor Ruslan Sabirlinin Amerikanın Səsinə müsahibəsi

please wait

No media source currently available

0:00 0:07:37 0:00


Azərbaycanlı aktyor Ruslan Sabirli hələ uşaq ikən kino filmlərə çəkilmək arzusunda olduğunu, böyüyəndə isə bu sənətdə özünü sınamaq qərarına gəldiyini dedi. Ruslan Sabirli ilk dəfə Sənubər İskəndərlinin dəvəti ilə “Qaynana” serialının bir seriyasında çəkildiyini və rolunun böyük maraqla qarşılandığını bildirdi. Bundan sonra isə Ruslan “Hörümçək” serialında çəkildiyini dedi.

Ruslan Sabirli Türk rejissoru Nancı bəy tərəfindən çəkilən “Həyat varsa” serialının “Xəyanət” adlı bölümündə baş rola dəvət aldığını, bundan sonra elə həmin serialın daha bir bölümünə, “Əsl sevgi” adlı bölümünə dəvət aldığını bildirdi. O, Nancı bəylə çəkilişlərin çox uğurla başa çatdığını və ondan daha bir dəvət aldığını dedi.

Rollarındakı xarakterlərə gəldikdə isa Ruslan ssenarinin onun üçün mühüm olduğunu dedi. Aktyor əvvəllər yalnız iş adamı və ya dövlət məmuru rolunda çəkilmək istəsə də, sonradan özünü müxtəlif xarakterlərdə sınamaq qərarına gəldiyini və müxtəlif rollarda çəkildiyini söylədi.

Bundan sonra Ruslan Sabirli Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan kinosundakı müəyyən ləngimələrin və zəifləmələrin olduğunu bildirdi. Llakin o, son bir neçə ildə Azərbaycan prezidentinin məhz Azərbaycanda yerli serialların çəkilişi üçün maddi vəsaitin ayrılmasına göstəriş verdikdən sonra bu sahədə böyük dirçəlişin baş verdiyini dedi.
Ruslan Azərbaycan seriallarının başlanğıc mərhələdə olduğunu dedi və bu sahədə potensial olduğu üçün serialların gələcəkdə daha yüksək səviyyədə çəkiləcəyinə inandığını bildirdi. Sonda isə Ruslan hal-hazırda çəkildiyi “Muradına çatan Günəş” filmindəki rolundan danışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG