Accessibility links

Nyu-York hücumunun sübhəlisi 22 maddə üzrə ittiham olunur


Erik Fleminq terror hücumunda həyatını itirən insanların xatirəsini yad edir.
2 noyabr, 2017.
Erik Fleminq terror hücumunda həyatını itirən insanların xatirəsini yad edir. 2 noyabr, 2017.

ABŞ-ın federal hakimlər kollegiyası tərəfindən Nyu-York şəhərində ölümcül terror aktı həyata keçirən Sayfullo Saipova qarşı 22 maddə üzrə ittiham irəli sürülüb.

Saipov keçən ay icarəyə götürdüyü avtomobili velosiped cığırına sürərək səkkiz nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olmuşdu.

Sayfullo Saipov çərşənbə axşamı səkkiz nəfəri öldürmək, 12 nəfəri öldürməyə cəhd etmək, radikal İslam dövlətinə maddi dəstək göstərmək və nəqliyyat vasitələrini insanların üzərinə sürməklə onların ölümünə səbəb olmaq maddələri ilə rəsmi ittiham edilib.

Özbəkistandan olan Saipov Nyu-Yorkun Manhattan hissəsində baş vermiş hadisə yerinə gələn polis tərəfindən qarın nayihəsindən güllə ilə vurularaq, xəstəxanaya yerləşdirilmişdi.

Nyu-York şəhərində 2001-ci ildə 11 sentyabr hücumlarından sonra ən çox insan ölümülə nəticələnmiş terror hücumunun məsuliyyətini İslam Dövləti öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG