Accessibility links

Məhəmməd Bin Salmanın bacısı məhkəmə qarşısına çıxarılacaq


Emmanuel Moyn
Emmanuel Moyn

Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın bacısı məhkəmə qarşısına çıxarılacaq. Onun Parisdəki mənzilində işləyən ustanı döydürtdüyü iddia edilir.

Şahzadə Həssa Bint Salman cangüdəninə misirli işçini döyməsinə əmr verməkdə gnühlandırılır. Buna səbəb həmin ustanın mənzildə şəkil çəkməsi olub.

Əşrəf Eyd adlı usta polisə bildirib ki, işlədiyi vanna otağının təmirdən əvvəl necə göründüyünü yadda saxlamaq üçün şəklini çəkib.

Şahzadə isə şəkillərin satış üçün çəkildiyini iddia edib.

​Eyd cangüdənin onun əllərini bağladıqdan sonra sillə və yumruqla döydüyünü və şahzadənin ayaqlarını öpməyə məcbur etdiyini bildirib.

Polis cangüdəni nəzarət altına alıb. Şahzadə Həssa Bint Salman isə Fransanı tərk edib. Onun həbsinə sanksiya verilib.

Cangüdən məhkəmədə bildirib ki, Həssa yardım çağırışına getdikdə onların telefon üstündə çəkişdiklərini görüb. "Mən ona qarşı güc tətbiq etdim. Belə ki, niyyətinin nə olduğunu bilmirdim” - deyə, cangüdən bildirib.

Məhkəmə prosesindən öncə şahzadənin vəkili Emmanuel Moyn deyib ki, müvəkkilinə qarşı saxta ittihamlar irəli sürülüb. Vəkil şahzadənin olduqca qayğıkeş, sadə və mədəni bir qadın olduğunu bildirib.

Səudiyyə şahzadəsi Məhəmməd Salman da son zamanlar jurnalist Camal Xaşuqçinin qətli ilə bağlı gündəmdədır.

BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard deyib ki, şahzadənin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalistin boğulduğu və parçalandığı ilə əlaqəsi olduğuna dair əsaslı dəlillər var.

XS
SM
MD
LG