Accessibility links

Salehi: İran istəsə yüksək uran zənginləşdirilməsini beş günə bərpa edə bilər


İranın Atom Enerjisi Təşkilatının başçısı deyib ki, ölkənin yüksək radioaktivli uran zənginləşdirilməsi prosesini bərpa etməsi üçün ölkəyə beş gün kifayət edərdi.

Əli Əkbər Salehinin avqustun 22-də verdiyi bu bəyantdan əvvəl ABŞ administrasiyası Tehranı 2015-ci il nüvə sazişinin “ruhuna” əməl etməməkdə günahlandırmışdı.

Öz növbəsində Tehran Vaşinqtonu İslam Respublikası üzərinə onun raket proqramı ilə bağlı yeni sanksiyalar qoymaqla həmin sazişin “ruhunu” pozmaqda ittiham edir.

İranın Arak şəhəri yaxınlığında nüvə obyekti
İranın Arak şəhəri yaxınlığında nüvə obyekti

Salehi İRİB dövlət telekanalına deyib ki, “biz 20 faiz zənginləşdirilmiş uranın istehsalını uzağı 5 günə bərpa edə bilərik”.

O deyib ki, İranın “ən böyük prioriteti” nüvə sazişinə əməl etməkdir, lakin Tehran bunu “nəyin bahasına olursa-olsun” etməyəcək.

2015-ci ilin iyulunda imzalanmış nüvə sazişi İranı beynəlxalq sanksiyalardan azad edir, lakin onun uranı zənginləşdirməsinə 5 faizlik limit qoyur.

20 faiz və ya daha böyük nisbətdə zənginləşdirmə İranı nüvə silahının istehsalına yaxınlaşdıra bilər.

Bundan əvvəl ABŞ və BMT-nin nüvə gözətçiləri İranın sazişin şərtlərinə əməl etdiyini bildiriblər.

Bununla belə, ABŞ administrasiyası vaxtaşırı İranı özünün nüvə başlığı daşıya bilən raket proqramını inkişaf etdierməklə sazişin “ruhunu” pozmaqda ittiham edir.

Dövlət Departamentinin sözçüsü Heather Nauert
Dövlət Departamentinin sözçüsü Heather Nauert

ABŞ Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert avqustun 15-də deyib ki, Vaşinqton özünün İran siyasətini nəzərdən keçirir. Sözçü deyib ki, ABŞ nüvə sazişinin İranın regionda başqa “pozucu fəaliyyətlərinə” son qoymadığına inanır.

Birləşmiş Ştatlar raket sınaqları ilə əlaqədar İranın üzərinə bir neçə sanksiyalar paketi qoyub.

Tehran iddia edir ki, raket texnologiyalarının inkişaf etdirilməsi ona müdafiə üçün lazımdır.

İran israr edir ki, onun nüvə proqramı sırf dinc məqsəd daşıyır.

XS
SM
MD
LG