Accessibility links

Avropa İttifaqının Brüssel sammiti işinə başlayıb


Avropa İttifaqının Brüssel sammiti işinə başlayıb. İspaniya, İtaliya və Fransanın dövlət başçıları sammitin iştirakçıları sırasındadır.

Almaniya kansleri Angela Merkel dünən Parisdə Fransa prezidenti Fransua Ollandla görüş keçirib. Merkel Hollandın istəyi ilə görüşün gündəliyinə əlavələr edildiyini bildirib.

Liderləri Almaniyanın qurumun valyutası ilə bağlı sərt ölçüləri narahat edir. Almaniya kansleri ölkəsinin hökumətlərin maddi vəziyyətlərinin normallaşdırılması üçün atılan addımların yalnız məsrəflərə nəzarətin əsas götürülməsi ilə mümkün hesab etdiyini bildirib.

İspaniyanın baş naziri Mariano Rahoy hökumətinin borcların xərcini ödəyə bilməyəcəyi barədə xəbərdarlıqla çıxış edib.

Avrozonaya daxil olan ölkələrin bəziləri səhmlərin satışına çağırır. Lakin Merkel buna qarşı çıxaraq, satışların Almaniyanın borc məsrəflərini artıracağını deyir.

Avropa liderləri ikigünlük sammit zamanı bankçılıq və maliyyə əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə edəcək, iqtisadi tənəzzül yaşayan hökumətlər üçün yol xəritəsi hazırlayacaqlar. Sammit işini cümə günü başa vuracaq.
XS
SM
MD
LG