Accessibility links

Meşə yanğınları San Dieqoda evakuasiyalara səbəb olub


Cümə günü Kaliforniyanın cənubunda yanğınsöndürənlər iri əraziləri əhatə edən meşə yanğınlarına qarşı mübarizəni davam etdiriblər. Əsas mübarizə alovun sürətlə bürüdüyü San Dieqo şəhərinin şimalında cərəyan edib.

Ötən beş gün ərzində alovlar 500 tikilini viran qoymuş, 190,000 adamın evakuasiyasına səbəb olmuşdur.

Yanğınla mübarizəyə 5,700 yanğınsöndürən, havadan supüskürən helikopterlər cəlb olunub.

Yanğınla mübarizəyə 5,700 yanğınsöndürən, havadan supüskürən helikopterlər cəlb olunub. Qüvvələr bazar ertəsindən bəri baş qaldıran beş yanğının söndürülməsində iştirak ediblər.

Qərbə doğru əsən Santa Ana küləkləri Sakit Okean sahili boyunca Los Anceledən Santa Barbara qraflığınadək şimala doğru 170 kilometr məsafəni əhatə edib.

Ən dağıdıcı yanğın Los Ancelesin şimal-qərbində qeydə alınıb. 466 kvadrat kilometr ərazini əhatə edən yanğın 430 binanı məhv edib. Yanğınsöndürənlər Los Anceledə kifayət qədər proqres əldə etdikdən sonra evakuasiya göstərişi aradan qaldırılıb.

Yanğınlar yüzlərlə yaşayış məntəqəsini viran qoyub.
Yanğınlar yüzlərlə yaşayış məntəqəsini viran qoyub.

Lilak Alovu adlanan yanğın ştat qubernatoru Cerri Braunu San Dieqo qraflığında fövqəladə vəziyyət elan etməyə vadar edib. Bu qraflıq Los Ancelesdən 200 kilometr cənubda yerləşir.

Kaliforniya rəsmiləri ştatın səhralarından qaynaqlanan qızmar quru küləyin və aşağı səviyyəli rütubətin bazar gününədək davam edəcəyini bildiriblər.

Yanğınlar nəticəsində iki gündür ki, 1,100 məktəb qapadılıb, 640,000 şagird dərsə getmək imkanından məhrum olub.

XS
SM
MD
LG