San Fransiskodakı Qızıl Darvaza Körpüsü (The Golden Gate Bridge) turistlərin məşhur məkanıdır və onu hətta "Müasir Dünyanın Yeddi möcüzəsindən" biri də adlandırırlar. Lakin həyatlarına son qoymaq istəyənlər üçün bu körpü ölümə aparan yoldur. İllər boyu minlərlə insan özünü bu məşhur körpüdən ataraq intihar edib, amma bunun qarşısını almaq üçün artıq tədbirlər görülməyə başlayıb.
Üç kilometrdən artıq uzanan Qızıl Darvaza Körpüsü uzun müddət intihar haqda düşünən insanları cəlb edib.
Körpü 1937-ci ili mayında açıldıqdan sonra minlərlə insan oradan özünü atıb.
Keçən il 240-dan çox insan buraya intihar etmək məqsədilə gəlsə də, onlardan bir çoxu fikrini dəyişib...özünü ataraq ölmüş 33 nəfər istisna olmaqla.
Turist Coş Çuevas: “ Əlbəttə, mən körpüdə intihar hallarının baş verdiyi haqda eşitmişəm.”, deyir.
Mai Habib: “Mənim o mənə deyənə qədər xəbərim belə yox idi, indi bildim nəyə görə bura belə hasar çəkiblər.”, deyir.
Körpüyə nəzarət edən agentlik intiharların qarşısını almaq üçün torun çəkilişinə başlayıb.
Agentliyin nümayəsi Paolo Kosuliç-Şvarts: "Bu tor insanların intihar etməsinin qarşısını almaq üçün körpünün hər iki tərəfində səkidən 6 metr aşağıya və 6 metr kənara uzanacaq.”, deyir.
Bəziləri öz həyatlarına son qoymaq istəyən insanları xilas etmək üçün bu qədər vəsaitin xərclənməsini lazımsız hesab edir. Digərləri isə torun məhşur Qızıl Darvaza Körpüsünün heyrətamiz görünüşünü pozacağını bildirir.
Lakin on illərlə sürən müzakirələrdən və psixi xəstəliklər haqda məlumatlılığın artmasından sonra layihənin nəhayət gerçəkləşdirilməsinə başlanılıb.
Agentliyin nümayəsi Paolo Kosuliç-Şvarts: "Təhlükəsizlik toru körpünün estetik görünüşü nəzərə alınaraq hazırlanıb. O, yoldan aşağı və uzaqda dizayn edilib. Bu o deməkdir ki, siz maşın sürərkən və ya gəzərkən, yaxud da velosiped sürərkən onu görməyəcəksiz. Dirəklər kənardan körpünün öz rənginə uyğun olaraq narıncı rəngə boyanıb. Dəmir tor isə boz rəngdə olacaq və okean və duman ilə qarışacaq.”
Layihə təqribən 211 milyon dollara başa gələcək. Tikinti işləri isə 3 ilə sona çatacaq.
Dumanlı hava və güclü küləklər əsas problemlər hesab edilir.
Agentliyin nümayəsi Paolo Kosuliç-Şvarts: "Hal-hazırda işçilərimizin boz platformanın quraşdırdığını görə bilərsiniz. Bu işçilərin körpünün altına keçərək, çətin yerlər sayılan körpünün kənarları və altında iş görə bilərlər. İlk öncə onlar dirəkləri quraşdırır, sonra isə toru saxlayacaq metal boruları və daha sonra isə onun quraşdıracaqlar.”, deyir.
Yeddi gün, 24 saat xüsusi qaynar xətt telefonları intihar hallarının qarşısını almaq üçün körpüdə bundan öncə mövcud olub. Bu, körpüyə gələn insanların öz narahatlıqlarını kiməsə danışmaq və intihar fikrindən geri çəkilməsinə kömək etmək məqsədilə edilib.
Körpüdə torun quraşdırılmasından sonra intihar hallarının qarşısının alına biləcəyi gözlənilir.