Accessibility links

Sandra Bland-ın ölümündə heç kəs təqsirləndirilməyib


ABŞ-ın Texas ştatındakı münsiflər məhkəməsi Bazar ertəsi yol polisi tərəfindən saxnanılan, daha sonra isə həbsxananda dünyasını dəyişən qadının ölümü ilə bağlı heç kəsə qarşı ittiham irəli sürməmək haqda qərar çıraxıb.

Xüsusi prokuror Darrell Jordan deyib ki, heç bir polis zabiti və ya həbsxana işçisinə qarşı ittiham irəli sürülməsə də, münsiflər məhkəməsi gələn ay yenidən bir araya gələrək işin digər aspektlərini nəzərdən keçirəcək.

İyul ayında süvari əsgər 28 yaşlı Sandra Bland-ı yol xəttini dəyişərkən dönüş siqnalını yandırmadığına görə saxlamışdı. Polis maşını üzərindəki kameranın lentə aldığı görüntülərdə iki şəxs arasında mübahisə yarandığı göstərilir. Videoda əsgərin əvvəlcə qadını maşından zorla çıxarmağa çalışdığı, daha sonra isə Blantın başına silahı tuşlayaraq “səni vuracam” deyəndən sonra qadının özünün maşından endiyi qeydə alınıb.

Bu hadisədən üç gün sonra Sandra Bland həbsxana hücrəsində tavadan asılı vəziyyətdə ölü tapılıb. Rəsmilər onun inithar etdiyini deyir.

Blandın ailəsi isə münsiflər məhkəməsinin prosesini qınayır və rəsmilərin tam informasiyanı paylaşmadığını deyir. Bazar ertəsi ailənin vəkili onların qərardan məyus olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG