Accessibility links

Çilidə balıqçılar nümayişə çıxıb


Bu gün Çilinin Santiaqo şəhərində balıqçılıq haqda yeni qanunun əleyhinə çıxan nümayişçilər polislə toqquşub. Tənqidçilərin sözlərinə görə, yeni qanun ölkədə onsuz da azalmış balıqçılıq fəaliyyətinin əksəriyyətini böyük balıqçılıq şirkətlərinə verəcək.

Associated Press xəbər agentliyi Çili rəsmilərinə istinadən bildirib ki, polis qanunsuz nümayişi dağıtmağa cəhd edən zaman təxminən 10 nəfər həbs edilib.

Balıqçılıq haqda qanun və ya İqtisadiyyat nazir Pablo Longuerianın adı verilmiş `Ley Longueira` qanunu balıqçılığa məhdudiyyətlər tətbiq edir. Bu məhtudiyyət müstəqil balıqçıların hüquqlarını pozaraq, böyük balıq şirkətlərinin marağına qulluq edəcir.

Qanunvericilər GPS cihazından istifadəni də məcburi edir. Bu isə balıqçılıqla məşğul olan kiçik bizneslərin büdcəsinə mənfi təsir göstərəcək.

Ötən həftə siyasətçilər qanunvericiliyin qəbul edilməsini müzakirə edib, səsvermə keçirib. Bununla bağlı təxminən 1000 nəfər balıqçı Konsepson liman şəhərindən Santiaqo şəhərinə yürüş edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG