Accessibility links

Amerikanın məşhur Saquaro kaktusları


Amerikanın məhşur Saquaro kaktusları
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Saquaro kaktusları Sonora səhrasının simvoludur. Onlar 18 metrə qədər uzana, 200 ildən çox yaşaya bilər. Gəlin Arizona ştatındakı bu möhtəşəm bitki ilə tanış olaq.

Sonora səhrasında yetişən və dünya boyu tanınan Saquaro Birləşmiş Ştatlarda ən böyük kaktus növüdür. Hündürlüyü 18 metrə çatan bu möhtəşəm bitki yuxarı uzanaraq bir çox başqa ağaclardan daha hündür olur.

Özünü qoruma üçün hər tərəfi tikanla dolu olan bu bitkini adətən “cənub-qərbin gözətçisi” adlandırırlar. Qəribəsi isə budur ki, bu bitkilərin kükü cəmi 15 sm. dərinlikdədir. Saquaro Milli Parkının sözçüsü Endi Fişer: “Onların kökü dərin olmaya bilər, lakin bizim ayağımızın altında böyük bir şəbəkə mövcüddur və həmin köklər torpaq üzərində boyları qədər uzana bilir. Biz bu nəhəng bitkilərin kökləri üzərində dururuq.”

Saquaro kaktusunun cəmi 3.8 sm uzanmasına 10 il gərək ola bilər. “Saquaro kaktusunun çoxunun hündürlüyü 10-12 metr olur ki, bu da 3 -4 mərtəbəli binanın hündürlüyü deməkdir. Lakin onlar bundan da hündür ola bilər” - deyə, Endi Fişer bildirir.

Bu bitki yerli amerikalılar tərəfindən yüksək qiymətləndirilir. Bu parkın rəsmiləri və yerli sakinlər bu ikonik bitkini qorumağa çalışır. Bu bitkinı kəsən hər kəs ya yüksək cərimə verməli olur, ya da həbs edilir.

Saquaro kaktusu baharda ağ, yayda isə qırmızı çiçək açır. Bu bitkinin çiçəkləri və meyvələri yeməli olsa da, Saquaro Milli Parkının rəsmiləri bunları yeyən insanların xəstələnə biləcəyini, lakin heyvanlara zərər vermədiyini deyirlər.

Amma kaktusların başqa növlərindən mətbəxdə istifadə olunur. Endi Fişer: “Kaktusun Opuntias növünün həm meyvələri, həm də budaqları yeməlidir. Əsasən də yeni bitən budaqlar təmizlənib qızardılır.”

Tusonun yerli restoranlarının birində bu kaktus sarımsaq sousu vurularaq qızardılır və onun dadı badımcana bənzəyir. Lakin bitkinin dadlı yerlərindən biri dəçiçəyidir ki, yerli sakinlər ondan konfet, jele, hətta şərab hazırlayır.

Amerikanın cənub-qərbindəki məşhur Saquaro kaktusuna tamaşa etmək üçün hər il bu bölgəyə milyonlarla insan gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG