Accessibility links

Səudiyyə Ərəbistanında xəstəxanada yanğın baş verib


mahmut yangin
mahmut yangin

Səudiyyə Ərəbistanında rəsmilər bildirib ki, sübh tezdən xəstəxanada baş vermis yanğın nəticəsində 25 nəfər həlak olub.

Hadisədə 107 nəfər xəsarət alıb.

Bu gün liman şəhəri Cazanda baş vermiş yanğın hazırda nəzarət altına alınıb.

Səudiyyə Ərəbistanının Mülkü Müdafiə Agentliyi bildirib ki, yanğın xəstəxananın təcili yardım və doğum şöbələrində başlayıb.

Yanğının səbəbləri araşdırılır.

XS
SM
MD
LG