Accessibility links

Aung San Suu Kyi Saxarov mükafatını 23 ildən sonra alıb


Birmanın demokratiya hərəkatının lideri 1990-cı ildə mükafata layiq görülmüşdü

Birmanın demokratiya hərəkatının lideri Aung San Suu Kyi 23 ildən sonra layiq görüldüyü Saxarov adına insan hüquqları mükafatını ala bilib.

1990-cı ildə mükafata layiq görülən fəala 2011-ci ilədək ev dustağı olduğu üçün mükafat təqdim edilməmişdi. Fransanın Strasburq şəhərində, Avropa Parlamentində çıxış edən xanım Aunq bu anı həyatının xoşbəxt anı adlandırıb. O, Birmanın demokratiya yolunda irəliləyəcəyini bildirib.

Avropa səfəri zamanı Nobel mükafatı laureatı Avropa İttifaqına üzv ölkələr və ABŞ-ı Birma konstitusiyasının dəyişdirilməsi üçün göstərdikləri səylərə görə təşəkkür edib.
Birmanın Milli Demokratiya Liqası həyat yoldaşı və ya uşaqlarının başqa millətdən olan nümayəndələrin prezidentlik yarışlarına qatılmasını yasaqlayan qanunun ləğvinə çalışır.

Bu qanun 2015-ci ildə prezidentliyə namizədliyi irəli sürəcək Aunq San Suu Kyiyə də şamil edilir. Belə ki, onun uşaqları Britaniya vətəndaşlarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG