Accessibility links

Mətanət Əzizovanın oğlu və həyat yoldaşı sərhəddə saxlanılıb


Mətanət Əzizova
Mətanət Əzizova

Vəkil Fuad Ağayev hesab edir ki, əsaslı qərar olmadan ölkədən çıxmağa qadağa qoyulması qanunsuzdur

Mayın 22-də Mətanət Əzizovanın oğlu (Camal) və həyat yoldaşı (Eldar) Azərbaycan-Gürcüstan sərhədində saxlanılıblar.

Bu barədə Amerikanın Səsinə Yunus məlumat verib.

Sərhədçilər bunu prokurorluğun göstərişi ilə izah ediblər.

“Prokurorluğun qadağası qanunsuzdur və bu, prokurorluğun səlahiyyətinə aid deyil. Belə qadağa məhkəmənin preroqatividir. Aprelin 28-də Bakı aeroportunda məni və həyat yoldaşımı da məhkəmənin qərarı olmadan saxladılar və ölkədən buraxmadılar. Bu, prokurorluğun müstəntiqi İbrahim Ləmbəranskinin göstərişi ilə edilir”, L.Yunus bildirib.

M.Əzizovanın oğlu və həyat yoldaşı R.Mirqədirovun işi üzrə heç şahid kimi də keçmir. “Tamamilə aydındır ki, prokurorluq hüquqları pozaraq hüquq müdafiəçilərinə təzyiq göstərir. Öz hüquq-müdafiə praktikamda prokurorluq orqanlarının təzyiq və şantaj məqsədilə ailə üzvlərindən, uşaqlardan istifadə etməsinin şahidi olmuşam.

Qeyd edim ki, Əzizovaya qarşı bu özbaşınalıq AŞ baş katibi Yanqlandın və AŞPA sədri Ann Basserin Bakıya səfəri, Azərbaycanla AŞ arasında əməkdaşlığa dair Fəaliyyət Planının imzalanması zamanı baş verir.

Bizi girov kimi saxlayırlar, Azərbaycan qanunlarına və beynəlxalq hüquq normalarına zidd olaraq ölkədən buraxmırlar. Azərbaycanın Avropa Şurası kimi qurumda iştirakı öz əhəmiyytini itirir, AŞ-nin əsas prinsipləri heçə endirilir”, - L.Yunus bildirib.

Vəkil Fuad Ağayev M.Əzizovanın oğlunun və həyat yoldaşının ölkədən buraxılmaması faktını şərh edrkən deyib ki, hərəkətə məhdudiyyət yalnız müvafiq orqan tərəfindən tətbiq edilə bilər. Bu cür hüquqi əsaslı qərar olmadan ölkədən çıxmağa qadağa qanunsuzdur.
XS
SM
MD
LG