Accessibility links

Ukrayna baş naziri seçki öncəsi xalqa müraciət edib


Ukraynanın müvəqqəti baş naziri ölkədə sabah keçiriləcək mühüm prezident seçkilərindən öncə xalqa müraciət edib.

Arseniy Yatsenyuk deyib ki, ukraynalılar "xaricdən maliyyələşən cinayətkarlar"ın seçkiləri pozmasına icazə verməyəcək. O, bu sözlərlə açıq-aşkar Moskvanın dəstəklədiyi rusiyapərəst separatçılara işarə edib.

Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putinin Ukraynada keçiriləcək seçkilərin nəticələrini tanıyacağına söz verib. Ancaq o yeni prezidentin ölkənin şərqindən separatçılara qarşı hərbi əməliyyatlara son qoyacağına ümid etdiyini bildirib.

Cənab Putinin bu fikirləri söylədiyi gün isə Ukraynanın Rusiya ilə sərhədi yaxınlığında separatçılar Ukraynanın iki əsgərini öldürüb, doqquzunu isə yaralayıb. İki gün öncə isə separatçılar 13 əsgəri qətlə yetirmişdi.

Cənab Putinin açıqlamasında bir neçə saat sonra ABŞ Dövlət Departamenti Moskvanı Ukraynanın şərqindəki rusiyapərəst silahlı separatçılara təzyiq göstərməyə çağırmışdı. Bəyanatda deyilirdi ki, Rusiya separatçıları silahı yerə qoymağa məcbur etməlidir.
XS
SM
MD
LG