Accessibility links

Putin və Lukaşenko seçki böhranından bəri ilk dəfə üz-üzə görüş keçirəcək


Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko gələn həftə üz-üzə danışıqlar aparmaq üçün görüşəcəklər. Bu, onlar arasında keçən ay keçirilən mübahisəli prezident seçkisindən sonra ölkədə uzun müddətdir hakimiyyətdə olan Belarus liderinin istefasını tələbi ilə başlayan nümayiş dalğasından bəri ilk görüş olacaq.

Kremlin sözçüsü Dmitri Peskov 11 sentyabrda bildirib ki, hər iki lider 14 sentyabrda Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçidə bir araya gələrək enerji sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələr barədə danışıqlar aparacaq.

1994-cü ildən bəri iqtidarda olan Lukaşenko 9 avqust səsverməsinin qalibi elan edildikdən sonra Belarusda hər gün nümayişlər və tətillər keçirilir.

Mitinqlər zamanı minlərlə insanın nəzarət altına alınması və yüzlərələ şəxsin polis tərəfindən döyülməsi ABŞ və Avropa Birliyi tərəfindən qınanıb.

Səslərin 60-70 faizini qazandığını söyləyən müxalifət lideri Svetlana Tixanovskaya seçkidən bir müddət sonra hələ də bilinməyən səbəbdən qonşu Litvaya getməli olub.

Putin və Lukaşenko arasında nəzərdə tutulan görüş ölkədə etirazların davam etdiyi bir vaxta təsadüf edir.

Əməkdaşlığa könülsüz Lukaşenkoya daha sıx inteqrasiya etmək üçün təzyiq göstərən Putin qarışıqlıqlı əlaqələrdə Belarusa ikitərəfli hərbi müqavilə çərçivəsində polis qüvvələri də daxil olmaqla hərbi yardım vəd edir.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bəzi üzvlərinin "anti-Rusiya baxışlarının" olduğunu deyərək Tixanovskayanın təşəbbüsü ilə böhranın həllinə və hakimiyyətin ötürülməsinə kömək etmək üçün təsis olunan müxalif Koordinasiya Şurasının üzvləri ilə görüşməyə söz verməkdən imtina edib.

Digər tərəfdən isə Kordinasiya Şurasının rəyasət heyətinin yeddi üzvünün əksəriyyəti ya həbs edilib, ya da ölkəni tərk etmək məcburiyyətində qalıb.

Şərhlərə bax

XS
SM
MD
LG