Accessibility links

Sears şirkəti iflasa uğradığını bəyan edib


ABŞ-ın tanınmış mağazalar şəbəkəsi Sears iflasını açıqlayıb. Şirkət illərlə davam edən çətin maliyyə vəziyyətindən sonra az da olsa xeyir verə biləcək, daha kiçik əməliyyatlar aparan təşkilat halına keçmək qərarı verib.

Bu qərar Sears üçün bəzi brendlərinin adını satmaq və yüzlərlə satış mağazasını bağlamaq da daxil olmaqla, öz biznesini yenidən bərpa edə bilmək üçün son cəhddir.

Şirkət 6,9 milyard dollar dəyərində aktivləri və 11,3 milyard dollar dəyərində isə öhdəlikləri olduğunu bəyan edib. Sears bu ilin sonuna qədər 142 mağazanı bağlayacağını bildirib. Şirkətin digər mağazaları fəaliyyətini davam etdirəcək.

Sears 1880-ci illərdə oyuncaq, geyim, tibb ləvazimatları və hətta quraşdırılma evlər təklif edən poçt-kataloq biznesi kimi fəaliyyətə başlamışdı. Nəyahət, satış mağazası açan şirkət qısa müddət ərzində ölkənin az qala bütün ticarət mərkəzlərində öz satış məntəqələrini fəaliyyətini təmin etmişdi.

Ancaq Walmart və online alış-veriş kimi daha ucuz alternativlərin meydana çıxması Sears şirkətini maliyyə cəhətdən çətinliyə saldı. Şirkət 2010-cu ildən bəri mənfəət əldə edə bilmirdi.

XS
SM
MD
LG