Accessibility links

Baş katib: NATO təyyarələri və hərbi qüvvələri Ukraynada olmamalıdır


NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-ya üzv olan bütün ölkələr alyans qüvvələrinin Ukraynaya göndərilməməsi ilə bağlı razılığa gəlib. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Şimali Atlantika Alyansı ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Ukraynanı dəstəkləməyə davam edirik. NATO hərbi münaqişədə nə quru qoşunları ilə, nə də səmanı bağlamaqla iştirak edəcək. Bu cür addımlar gələcəkdə gərginliyin artmasına səbəb ola bilər" - deyə, Stoltenberq bildirib.

Stoltenberq Şimali Atlantika Alyansının yaxın günlərdə Ukraynada vəziyyətin daha da pisləşəcəyini, “daha çox ölü, yaralı və daha çox dağıntı olacağını” gözlədiyini deyib.

BMT-nin Baş katibi həmçinin Ukraynanın “son onilliklərdə Avropanın ən ağır hərbi təcavüzünü” yaşadığını iddia edib.

Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın “denazifikasiyası və demilitarizasiyası” üçün “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Bundan dərhal sonra Kyiv, Xarkiv, Odessa, Kramatorsk, Berdyanskda partlayışlar və raket hücumları ilə bağlı xəbərlər yayılmağa başlayıb. Rusiya qoşunları Ukraynanın 5 regionundan sərhədi keçib. Ukrayna Prezidenti döyüşlərin ilk günü 137 ukraynalı hərbçinin həlak olduğunu bildirib.

Fevralın 25-nin səhər Kyivdə partlayışlar barədə məlumatlarla başlayıb. Putin Ukrayna hərbçilərini “hakimiyyəti öz əllərinə almağa” çağırıb. O, Kyivdəki hakimiyyəti “narkomanların və neonasistlərin dəstəsi” adlandırıb.

BMT-nin məlumatına görə, Rusiyanın Ukraynanı işğalının ilk həftəsi 1 milyondan çox insan ölkəni tərk edib və onlardan 500 mindən çoxu Polşaya keçib. Daha bir milyon insan isə Ukrayna daxilində məcburi köçkün vəziyyətinə düşüb. Avropa İttifaqı yaxın həftələrdə 7 milyona qədər ukraynalının ölkəni tərk edəcəyini proqnozlaşdırır.

Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqının sanksiyaları əsasən Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova şamil edilib.

XS
SM
MD
LG