Accessibility links

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi ilə görüşüb


İlham Əliyev və Federika Moqerini
İlham Əliyev və Federika Moqerini

Prezident İlham Əliyev Aİ-Azərbaycan strateji tərəfdaşlığı haqda danışıqlara başlayr.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, fevralın 6-da prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ilə görüşüb.

Fevralın 6-da Brüsseldə strateji tərəfdaşlıq haqqında saziş layihəsilə bağlı yüksək səviyyədə danışıqlar keçiriləcək. Saziş energetika, iqtisadiyyat, nəqliyyat, ticarət, siyasət, insan hüquqları və s. sahələri əhatə edir.

Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Brüsselə gedib, orada Avropa İttifaqının (Aİ) rəhbərliyi ilə görüşlər keçirəcək və Avropa parlamentində çıxış edəcək.

Yeni saziş 1996-cı ildəki tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək. Bakı həmin sazişin bir çox müddəalarını yerinə yetirməyib.

2015-ci ilin mayında Əliyev administrasiyası Aİ “Şərq tərəfdaşlığı”nın Riqa sammitində ən son anda assosiativ üzvlük haqda sazişi imzalamaqdan imtina edib. Sonradan Aİ Bakıya güzəştə getməyə və assosiasiya haqqında sazişi tərəfdaşlıq haqda sazişlə əvəzləməyə məcbur olub və bununla da əməkdaşlığın səviyyəsi endirilib. Azərbaycan hökuməti Aİ ilə sıx əməkdaşlıqdan yayınır. Belə ki, Aİ demokratiya quruculuğu, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə təkid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG