Accessibility links

Azərbaycan və Bolqarıstan prezidentləri əlaqələrin perspektivlərini müzakirə edib


İlham Əliyev və Rumen Radev

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycanda səfərdədir. O Azərbaycan prezidenti İlham Əlievlə təkbətək və geniş tərkibdə görüşləır keçirib.

Səfərin yekunu ilə bağlı kemçirilən birgə mətbuat konfransında prezident İlham Əliyev deyib ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdır.

“Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanır. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz”, Əliyev qeyd edib.

Azərbaycan prezidüenti bildirib ki, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək.

Əliyev deyib ki, Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq.

“Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq”.

Prezident Rumen Radev deyib ki, energetikadan, nəqliyyatdan, əmtəə mübadiləsindən, mədəniyyətdən, təhsildən, turizmdən tutmuş, qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq aparılması istiqamətində əməli addımlar atılır.

“Azərbaycan rəhbərliyi artıq gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk təyyarə reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür”.

Prezident bəyan edib ki, Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycanda əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər.

“Energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində Azərbaycan da Bolqarıstan qurumları ilə bizim ölkəmizdə fəal inkişaf etməli olan məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməyə hazırdır”.

Rumen Radevin fikrincə, energetika iki ölkəni uzun illər birləşdirəcək sahədir.

“Biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik”, prezident qeyd edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG