Accessibility links

Azərbaycan müdafiə naziri Brüsselə gedəcək


Zakir Həsənov
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində noyabrın 9-da keçiriləcək görüşündə iştirak etmək üçün Belçikaya gedəcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Toplantıda müdafiə nazirinin Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi missiyasına verdiyi töhfə və Əfqanıstan ilə müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlıq mövzusunda çıxışı nəzərdə tutulub.

XS
SM
MD
LG