Accessibility links

Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək


Məhəmməd Əşrəf Qəni
Məhəmməd Əşrəf Qəni

Əfqanıstan prezidenti Əşrəf Qəninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 5 mühüm sənədin imzalanması planlaşdırılır.

Report agentliyinin məlumatına görə, bu barədə mətbuat konfransında Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili bildirib.

Onun sözlərinə görə, sənədlərin Əfqanıstan prezidenti Əşrəf Qəninin dekabrın 1-də Azərbaycana səfəri çərçivəsində imzalanacağı gözlənilir.

Səfir qeyd edib ki, Əfqanıstan prezidenti səfəri çərçivəsində "Asiyanın qəlbi" - İstanbul Prosesi konfransında iştirak edəcək, eləcə də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

"İkitərəfli əlaqələrin inkişafına dair beş mühüm sənədin imzalanması planlaşdırılır. Sənədlər təhsil, iqtisadiyyat və ticarət, təhlükəsizlik və hava uçuşu sahəsində olacaq. Sənədlərin imzalanmasından sonra Əfqanıstanda investisiya artımı olacağını gözləyirik", M.T.Xəlilli bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG