Accessibility links

Azərbaycan prezidenti MDB dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da MDB dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, "2017-ci ildə Rusiyanın MDB-yə sədrliyinə yekun vurmaq və müxtəlif sahələrdə gələcək inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq nəzərdə tutulur".

Sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon, Tacikistan prezidenti Emomali Raxmon və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov görüşdə iştirak etməyəcək. Bir müddət əvvəl Kremlin mətbuat xidməti Putinin Berdımuhammedovla telefonla ikitərəfli gündəliyin aktual məsələlərini, habelə MDB çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə etdikləri barədə məlumat yaymışdı, xəbəri RİA-Novosti yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG