Accessibility links

Azərbaycan həkimləri mürəkkəb ürək cərrahiyyə əməliyyatı aparıb


Azərbaycan həkimləri mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıb. Çəkisi dörd kiloqram olan yeni doğulmuş körpənin həyatının ilk günlərindən ona “anadangəlmə ürək qüsuru” - əsas damarların yerini dəyişməsi diaqnozu qoyulub.

Seymur Musayev
Seymur Musayev

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsinin müdiri Hikmət Nağıyev bildirib ki, xəstəxanaya qəbul edilərkən körpənin vəziyyəti son dərəcə mürəkkəb olub, qanda oksigenin miqdarı 44 faiz təşkil edib.

Şöbə müdirinin sözlərinə görə, körpə reanimasiya şəraitində ikigünlük hazırlıqdan sonra kardiocərrah Seymur Musayev tərəfindən əməliyyat olunub.

“Əsas damarların yerinin dəyişdirilməsi əməliyyatı (Jatene əməliyyatı) aparıldı. 25 günlük körpənin əməliyyatdan sonrakı dövrü maneəsiz keçdi və körpə evə buraxıldı. Əməliyyatın xüsusiyyəti ondadır ki, bütün briqada yalnız yerli mütəxəssislərdən ibarət idi. Onu da qeyd etmək istərdim ki, diaqnozun ağırlığına və əməliyyatın mürəkkəbliyinə baxmayaraq, körpə həmyaşıdları kimi sağlam böyüyəcək”, o qeyd edib.

XS
SM
MD
LG