Accessibility links

Senat Kavanonu Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq etmək niyyətindədir


Ali Məhkəmənin hakimi vəzifəsinə nominasiya edilmiş Brett Kavano Senatın Ədliyyə komitəsi qarşısında ifadə verməzdən əvvəl and içir, Vaşinqton, 4 sentyabr, 2018.

ABŞ Senatının seksual qısnama ittihamları ilə bağlı bir neçə həftədir sürən mübahisələrdən sonra Brett Kavanonu Ali Məhkəmənin hakimi vəzifəsinə təsdiq edəcəyi gözlənilir.

Kavanonun Ali Məhkəmənin hakimi kimi xidmət göstərmək şansları cümə günü nüfuzlu iki senator-respublikaçı Süzan Kollins və demokrat Co Mançinin onun nominasiyasının təsdiq edilməsinə səs verəcəklərini bildirməsindən sonra artıb.

Senator Kollins Kavanoya qarşı ittihamlara dair kifayət qədər dəlil olmadığını bildirib. O əlavə edib ki, bu qərar onun seksual qısnama ilə bağlı iddiaları rədd etdiyi kimi başa düşülməməlidir.

Respublikaçı senator Süzan Kollins
Respublikaçı senator Süzan Kollins

“Seksual qısnama ilə bağlı iddialarla çıxış edən hər bir kişi və qadının səsi eşidilməlidir və onlarla hörmətlə davaranılmalıdır”-deyə, senator Kollins bildirib.

Demokrat senator Mançin isə Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib ki, o, qərarını Federal Təhqiqat Bürosunun bitirdiyi hesabat da daxil olmaqla, əldə etdiyi informasiyaya əsasən verib.

ABŞ prezidenti Donald Trampın nominasiyasını irəli sürdüyü Brett Kavano seksual təcavüzdə ittiham edilib.

Professor Kristin Bleysi Ford Senatın Ədliyyə komitəsində ifadə verir, Vaşinqton, 27 sentyabr, 2018.
Professor Kristin Bleysi Ford Senatın Ədliyyə komitəsində ifadə verir, Vaşinqton, 27 sentyabr, 2018.

Ali Məhkəməyə namizəd Kavano tərəfindən yeniyetmə yaşlarında seksual qısnamaya məruz qaldığını iddia edən qadın keçən həftə Senatın Ədliyyə Komitəsində ifadə verib.

Kristin Bleysi Ford Kavanonun 1982-ci ildə onların hər ikisinin məktəbdə oxuduğu zaman ona təcavüz etdiyi barədə danışıb. Ədliyyə komitəsində ondan sonra ifadə verən Brett Kavano professor Ford tərəfindən irəli sürülmüş ittihamları rədd edib.

XS
SM
MD
LG