Accessibility links

Mühüm məğlubiyyətdən sonra Senat respublikaçıları növbəti döyüşə hazırlaşırlar [Video]


Mühüm məğlubiyyətdən sonra Senat respublikaçıları növbəti döyüşə hazırlaşırlar
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Alabamada partiyadaxili ilkin seçkilərin nəticələri respublikaçı liderlər üçün xəbərdarlıq atəşi idi

Senatda çoxluqda olan respublikaçıların lideri Mitç MakKonnel üçün çərşənbə axşamı pis xəbərlər günü idi. Əvvəlcə prezident Trampın təzyiqlərindən sonra Obamacare səhiyyə proqramını ləğv etmək cəhdləri növbəti dəfə boşa çıxdı.

“Bizim səslərimiz yoxdur.”

Sonra isə xarici əlaqələrdə aparıcı səs olan Tennesi respublikaçısı Bob Korker növbəti il təqaüdə çıxacağını elan etdi.

Bir neçə saat sonra isə MakKonelin silahdaşı Alabama senatoru Lüter Strenc partiya daxilində ifrat konservativ populist Rey Mura məğlub oldu.

“Mən inanıram ki, biz Amerikanı böyük edəcəyik. Amma bunun üçün Amerikanı yaxşı etməliyik… Biz tanrının hüzurunda olan vahid xalqıq.”

Fundamental İncil baxışlarına sahib olan Alabama Ali Məhkəməsinin sabiq baş hakimi Mur dekabrda seçildiyi halda respublikaçıların sürpriz kartı ola bilər.

“O özünü autsayder kimi təqdim edir. Elə bir insan ki, lazım bildiyi halda partiya liderlərinə və istablişmentə qarşı çıxsın. Bu, çoxluq lideri Mitç MakKonnelə irəliləmək üçün çətinliklər yarada bilər.”

Murun qələbəsi Kapitolidəki respublikaçılar üçün xəbərdarlıq atəşi kimi idi.

“Konqresdə Obamacare kimi vacib məsələlər üzərində qələbələrin əldə edilməməsi, indiki konqresmenlərin yenidən seçilməsinə problemlər yaratmış olur.”

Obamacare-i ləğv edə bilməyən respublikaçıların gündəliyində növbəti vacib məsələ vergi ixtisarıdır.

“Bu, vergi məcəlləsinə fundamental olaraq yenidən baxılması üçün bizə düşən böyük bir imkandır. Biz iqtisadiyyatın inkişafına və iş yerlərinin artırılmasına nail ola bilərik.”

Lakin demokratlar etiraz edirlər…

“Sizə bir şey deyim. Amerikalılar bu fikri bəyənməyəcəklər”

Respublikaçıların həmrəyliyi 100 nəfərlik Senatda yenidən sınağa çəkiləcək.

“Onların yalnız 52 üzvü var… Və sən partiya xətti ilə qanun layihəsi təklif edirsənsə, partiyanın hər bir senatorunun səsinə arxayın ola biləcəyinə əmin olmalısan.”

Vergi islahatı respublikaçı qanunvericilərin növbəti seçkilərə getməkdən öncə edə biləcəyi sonuncü böyük addım ola bilər. Bu, partiya dəstəkçilərini qane etmək üçün çox vacibdir.

“Respublikaçıların əsas seçiciləri hal-hazırda Trampın seçiciləridir. Ona görə də, respublikaçıların Trampa təzyiq cəhdlərinə özlərinə qarşı təhqir kimi qiymətləndirirlər.”

Prezident Tramp Obamacare-i ləğv edə bilmədikləri üçün Senat respublikaçıları tənqid etmişdi və çox güman ki vergi islahatları cəhdi də iflasa uğrasa, Tramp sakit durmayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG