Accessibility links

Senatda respublikaçı əksəriyyətin lideri Baydeni təbrik etsə də, Tramp məğlubiyyətini qəbul etmir


Senatda respublikaçı əksəriyyətin lideri Baydeni təbrik etsə də, Tramp məğlubiyyətini qəbul etmir
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Senatda respublikaçı əksəriyyətin lideri Baydeni təbrik etsə də, Tramp məğlubiyyətini qəbul etmir

Senatda əksəriyyətin lideri Mitç Makkonnell Seçici Kollegiyasının Baydenin noyabrda prezident seçkilərində qələbəsini möhkəmləndirən rəsmi səsverməsindən sonra yeni seçilmiş prezident Bayden və yeni seçilmiş vitse-prezident Kamala Harrisi təbrik edib. Lakin prezident Donald Trampın məğlubiyyətini qəbul etməyə hazır olduğuna dair hələ heç bir işarə yoxdur.

“Prezident hələ də seçki ilə əlaqədar davam edən məhkəmə işləri ilə məşğuldur", Ağ Evin sözçüsü Keyli Makenani jurnalistlərlə keçirdiyi brifinq zamanı bildirib.

Lakin bundan öncə Senatda əksəriyyətin lideri, Respublikaçı senator Mitç Makkonnell uzun müddət səssiz qaldıqdan sonra yeni seçilmiş prezident Co Baydeni və yeni seçilmiş vitse-prezident Kamala Harrisi təbrik edib.

Respublikaçı senator Mitç Makkonnell: “Bizim hökumət sistemində yanvarın 20-də kimin and içəcəyini müəyyən etmək üçün proseslər var. Seçici Kollegiyası sözünü dedi."

Bu həftə bazar ertəsi Seçici Kollegiyasının üzvləri 306 seçici səsi ilə Baydenin qələbəsini rəsmi olaraq möhkəmləndirdi.

Lakin Tramp məğlub olduğunu inkar etməyə davam edir.

"Bu seçkilər saxtalaşdırılıb", ABŞ prezident Donald Trump bildirib.

Bu, Trampı "demokratiyaya görünməmiş zərbə" endirməkdə ittiham edən Bayden tərəfindən kəskin qınağa səbəb olub.

Co Bayden, ABŞ-ın yeni seçilmiş prezidenti: “Bu, indiyə qədər görmədiyimiz ifrat bir mövqedir. Xalqın iradəsinə, qanunun aliliyinə hörmət etməkdən və Konstitusiyamıza hörmət etməkdən imtina edən bir mövqedir.”

Trump seçki saxtakarlığı ilə bağlı əsassız iddiaları irəli sürməkdə davam edir.

Onun tərəfdarları bu iddialara inanır. Keçən həftə sonu onlar ölkə paytaxtında mitinq keçiriblər.

“Bu banan respublikası deyil. Seçkiləri düzəltməliyik", Trump tərəfdarı Süzan Bouman deyib.

Nümayəndələr Palatasında bir qrup Respublikaçı nümayəndə yanvarın 6-da Konqresdə seçki nəticələri ilə bağlı səsvermədən Trampı qalib elan etmək üçün istifadə edəcəklərini bildiriblər. Bu, simvolik bir addım hesab edilir.

Villiam Hovell, Çikaqo Universitetində Amerika siyasəti professoru: “Söhbət seçkiləri faktiki olaraq dəyişdirmək üçün son cəhddən getmir, çünki bu, Respublikaçılar Partiyasının üzvlərinin Tramp və Trampizmə sadiq olduqlarını və sədaqətlərini nümayiş etdirə bilmək üçün daha bir fürsətdir.”

Trump və onun müttəfiqləri 60 iddia qaldırıb. Bütün bu iddialar geniş yayılmış saxtakarlığa dair dəlillər təqdim edə bilməyib.

Aziz Huq, Çikaqo Universitetində konstitusiya hüququ professoru: “Seçkilərə görə məsul olan hər bir dövlət məmuru, hətta baş prokuror Vilyam Barr da heç bir saxtakarlıq yoxdur deyib."

Rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin geniş yayılmış seçki saxtakarlığını aşkar etmədiyini etiraf etdikdən sonra Trampın gözündən düşən baş prokuror Barr bazar ertəsi istefasını elan edib.

XS
SM
MD
LG