Accessibility links

ABŞ senatorları TikTok-la bağlı təhqiqat aparılmasına çağırır


TikTok
TikTok

ABŞ-ın iki yüksək səviyyəli senatoru kəşfiyyat rəsmilərini Çinə məxsus TikTok adlı populyar kompyuter tətbiqetməsi ilə bağlı təhqiqat aparmağa çağırırlar, çünki onun milli təhlükəsizliyə risk ola biləcəyini ehtimal edirlər.

Senatda demokratların lideri Çak Şumer və respublikaçı Tom Kotton kəşfiyyat direktoru vəzifəsini müvəqqəti icra edən Cozef Makquayra məktub göndərib və məktubda TikTok-la bağlı narahatlıqların artdığını bildirib.

TikTok istifadəçiləri platformaya videolar yükləyir və onları digər istifadəçilərlə bölüşür.

TikTok-un serverləri ABŞ və digər ölkələrdə yerləşir, amma tətbiqetmə özü Pekində qərargahlanan ByteDance şirkətinə məxsusdur.

TikTok-un sözçüsü Reuters-ə bildirib ki, Çinin TikTok-un üzərində yurisdiksiyası yoxdur, çünki O, Çində mövcud deyil. O həmçinin senzura ittihamlarını da rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG