Accessibility links

Sendi qurbanları üçün “12.12.12” yardım konserti təşkil edilib


Rolling Stones, Pol McCartney, Kanye Uest və digər bir çox müğənni Sendi qasırğasının təsirinə məruz qalan Nyu-York və Nyu-Cersi ştatının sakinlərinə yardım konsertində iştirak edib. Nyu-York şəhərinin Madison Square Garden idman sarayında keçirilən “12.12.12” konsertini rok-and-rollun əfsanəvi ulduzu Brus Springstin açıq elan edib.

Tədbiri dünya boyu 2 milyard insan izləyib. Biletlərin satışında əldə edilən 30 milyon dollarlıq vəsait təbii fəlakətin qurbanlarına yardıma ayrılıb. Bundan əlavə seyrçilər online vasitəsi ilə iyanələr edib.

Sendi 100 adamın ölümünə və 50 milyon dollarlıq ziyana səbəb olub. Sahil bölgələrin sakinlərinin əksəriyyəti evsiz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG