Accessibility links

11 sentyabr terror hücumlarından 17 il keçir


11 sentyabr terror hücumlarından 17 il keçir
please wait

No media source currently available

0:00 0:03:06 0:00

11 sentyabr terror hücumlarından 17 il keçir

Amerikalılar çərşənbə axşamı 2001-ci il 11 sentyabr Nyu York, Virciniya və Pensilvaniya ştatlarında təxminən 3000 insanın ölümünə səbəb olan terror hücumlarının 17-ci ildönümünü qeyd edir.

ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatının Şanksvill şəhəri yaxınlığında terrorçular tərəfindən ələ keçirilən United Airlines 93 təyyarəsinin sərnişinlərinin onu öz nəzarəti altına almasından sonra qəzaya uğradığı yerdə keçirilən mərasimdə iştirak edib.

Sentyabrın 11-ni Vətənpərvərlik Günü kimi elan edilən illik prezident bəyanatında Tramp deyib ki, “pis əməllər” ölkənin ruhunu və onun azadlıq ideallarına inamını sındırmayıb.

Vitse-prezident Mayk Pens və müdafiə naziri Cim Mattis Vaşinqton şəhəri yaxınlığında Pentaqonda binaya dəyən təyyarədə həyatını itirənlərin ailə üzvlərinin iştirakı keçirilən anım mərasimində iştirak edib.

Çərşənbə axşamı günortadan sonra Pentaqon qarşısında işçilər qaçırılmış təyyarənin binaya çırpıldığı yerdə nəhəng Amerika bayrağını dalğalandırıb.

Nyu-York şəhərində isə hadisə zamanı sağ qalanlar və hadisə qurbanlarının ailə üzvlərindən ibarət yüzlərlə insan bir zamanlar Dünya Ticarət Mərkəzinin Qoşa Qüllələrinin dayandığı yerdə ucaldılmış “Sıfır Nöqtəsi” adlanan yerdə toplaşıblar.

Təyyarələr Əl-Qaidə terror təşkilatı ilə əlaqəsi olan 19 nəfər tərəfindən ələ keçirilmişdi.1944-cü il Pearl Harbor hücumundan sonra 2001-ci il sentyabrın 11-i Amerika ərazisində ilk ölümçül hücum amerikalıların təhlükəsizlik barədə təsəvvürünü dəyişdi və o dövrdə prezident olan Corc Buşun terrorizmə müharibə elan etməsinə səbəb oldu.

XS
SM
MD
LG