Accessibility links

Gürcüstan - şərabın vətəni [Video]


İndiki Gürcüstanın cənub-şərqi olan ərazidə Neolit dövründən bu yana insanların yaşayıb, əkinçiliklə məşğul olduğu məlum olsa da, yeni arxeoloji araşdırma nəticəsində yerlilərin o zamandan bəri kütləvi şərab istehsal etdikləri ortaya çıxıb.

Qısacası, çaxırın vətəni Gürcüstandır.

Tədqiqat Milli Elmlər Akademiyasının bu həftə yayımlanan buraxılışında dərc edilib.

Bu kəşf qədim küplərin qalıqları arasında qalan mayeni tədqiq edən Gürcüstan Milli Muzeyinin araşdırmaçılar tərəfindən edilib.

“Saxsı qabların məsamələri arasında mayelər var, hansı ki, bu mayeləri yalnız laboratoriya şəraitində görmək mümkündür. Biz qədim orqanik həlledicilərdən istifadə edərək mayeni saxsı qablardan ayıraraq, onu mikroskop altında analiz edirik." - deyə, Pensilvaniya Universitetinin araşdırmaçısı Patrik bildirib.

Və bu analiz nəticəsində üzüm fermentasiyasını təşkil edən müxtəlif cür birləşmə və turşulara rast gəlinir.

Gürcü şərabının hazırlanması saxsı qabların içərisinə üzüm suyu, şərab və toxumlar tökdükdən sonra bu qabları aylarla torpağa basdırılmış şəraitdə saxlamaq kimi maraqlı bir prosesdir.

Ekspertlərin sözlərinə görə, şərabın hazırlanma qaydası səkkiz min ildir dəyişilməyib.

Hazırda Gürcüstanda 500-dən çox üzüm çeşidi var və ölkə il ərzində 61 milyon şüşə şərab ixrac edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG