Accessibility links

Serbiyada 26 futbol azarkeşi həbs edilib


Serbiyada 26 futbol azarkeşi həbs edilib. Belqradın Qızıl ulduz komandası ilə Partizan komandasının oyunları zamanı qarşıdurma yaşanıb. 20 nəfərin xəsarət aldığı bildirilir.

Polis həbs edilənlər arasında xaricilərin də olduğunu deyib. 1-1 hesabla bitən matçdan sonra həbs edilənlər arasında 6 xorvat, 1 yunan və 1 bolqar var.

Bir xorvatın Serbiyada olması olduqca qeyri-adi haldır. Belə ki, 1990-cı il müharibəsi nəticəsində parçalanan Yuqoslaviyanın bu iki keçmiş dövləti arasında gərgin əlaqələr mövcüddur.

Azarkeşlərin bəzisi lüt soyunub. İğtişaş polisi dəyənəklərlə qarşıdurmaya müdaxilə etməli olub.

Bu iki komanda azarkeşləri arasında qarşıdurmalar adi hal alıb.

XS
SM
MD
LG