Accessibility links

Serbiya koronavirusa qarşı Çin peyvəndindən kütləvi vaksinasiya üçün istifadə edən ilk Avropa ölkəsi oldu


Serbiyanın yüzlərlə komuflyaj geyimli hərbçisinə çərşənbə axşamı Belqraddakı sərgi salonunda tibb bacıları tərəfindən Çin istehsalı olan COVID-19 peyvəndi vurulub. Serbiya ötən həftə Çinin Sinofarm peyvəndinin bir milyon dozası əldə edərək bu peyvəndlə kütləvi vaksinasiya proqramına başlayan ilk Avropa ölkəsi olub.

Serbiya ötən ay Pfizer və BioNTech tərəfindən hazırlanmış peyvəndi və Rusiyanın Sputnik V vaksini qocalar evlərində olan yaşlı insanlar və tibb işçilərinə tətbiq etməyə başladıqdan sonra indi polis əməkdaşları, müəllimlər və əsgərlər kimi mühüm işçiləri peyvənd edir.

Belqrad Pekinlə sıx əlaqələrə malikdir. Çin şirkətləri Serbiyada əsasən infrastruktur və enerji layihələrinə milyardlarla avro dəyərində sərmayə qoyub.

Müdafiə naziri Neboyşa Stefanoviç özü də daxil olmaqla 700-dən çox hərbçinin Çin peyvəndi ilə vaksinasiya olduğunu bildirib.

"Mən tamamilə etibar etdiyimiz Çin peyvəndi vurdurdum...Mən də əsgərlərimizlə eyni peyvəndi alacağımı demişdim", o qeyd edib.

Dekabr ayının sonunda başlayan kütləvi peyvəndləmədən bəri indiyədək 20 mindən çox insana vaksin tətbiq edilib.

Həftə sonu prezident Aleksandar Vuçiç Serbiyanın yaxın günlərdə daha 250 min doza Sputnik peyvəndi və 20 min doza Pfizer peyvəndi alacağını gözlədiyini bildirib.

Qərbi Balkan bölgəsində peyvəndləmə yalnız Serbiya və Albaniyada başlayıb. Bosniya, Kosovo, Çernoqoriya və Şimali Makedoniya isə hələ heç bir peyvənd əldə etməyib.

XS
SM
MD
LG