Accessibility links

Serbiyada hökümət əleyhinə etirazçılar həbs olunub


Serbiya polisi şənbə günü bildirib ki, onlar cümə gecə Belqradda bağlama tədbirləri səbəbilə hökümət əleyhinə keçirilən etirazlar çərçivəsində baş verən zorakılıq nəticəsində 71 nəfəri həbs ediblər.

Serbiya polisinin başçısı Vladimir Rebiş deyib ki, Belqradın mərkəzində parlament binasını gözyaşardıcı qazla binaya qayalar, butulkalar və atəşlə daxil olmağa çalışan sağçı etirazlardan qorumağa çalışan 14 iğtişaş polisi xəsarət alıb.

Prezident Aleksandr Vuçiçin koronavirus pandemiyası ilə mübarizəsi ilə bağlı etirazlar bir həftə ərzində minlərlə insanın iştirak etdiyi hökümət əleyhinə nümayişlərə çevrilib.

İlk nümayiş çərşənbə axşamı Vuçiç Belqradda xəstəxanların dolmasına gətirib çıxaran koronavirusa yoluxmalarda ikinci dalğanın qarşısını almaq üçün həftəsonu komendant saatını yenidən tətbiq etməsindən sonra keçirilib.

Tənqidçilər deyir ki, yoluxma hallarında artıma səbəb hökümətin karantin rejimini may ayında yumşaltmaq və iyunun 21-də Vuçiçin Serbiya Tərəqqi Partiyasının qalib gəldiyi parlament seçkilərinin keçirilməsinə icazə vermək qərarı olub.

Vuçin daha sona karantin rejimin yenidən tətbiq etsə də, etirazlar davam edib və onun koronavis böhranını yanlış idarə etməsinə qarşı nümayişlərə çevrilib.

Vuçiç tənqidçilərin iddialarını rədd edib və etirazın təşkilində siyasi rəqiblərini günahlandırıb.

"Günahkarlar məğlub olacaqlar, onların çoxu həbs olunacaq və onlar törətdikləri cinayətlərə görə cavab verəcəklər," Parisdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə Kosovo ilə normallaşma danışıqları aparan Vuçiç televiziyada yayımlanan çıxışında bildiirb.

Polis etirazlar çərşəbə axşamı başlayandan bəri 130 nəfərin həbs olunduğunu bildirsə də, neçə etirazçının yaralandığı barədə məlumat verməyib.

Vuçiç cümə gününün koronavirus başlayandan bəri ölkə üçün ən çətin gün olduğunu qeyd edib. Cümə gününə olan məlumata görə, Serbiyada 24 saat ərzində 18 nəfər xəstəlik səbəbilə həyatını itirib.

Cons Hopkins Universitetinin məlumatına əsasən, Serbiyada koronavirusa 18 mindən çox insan yoluxub, 380 nəfər ölüb.

Şərhlərə bax

XS
SM
MD
LG