Accessibility links

Rusiya Suriyada koalisiyaya qoşulmaqdan imtina edib


Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, onun ölkəsi Suriyada İŞİD döyüşçülərinə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşula bilməz.

“Ona görə ki, bu qeyri-qanunidir və saxta bünövrə üzərində qurulub” - deyə Lavrov bildirib.

Türkiyəli həmkarı ilə görüşündə Lavrov deyib ki, ABŞ və onun müttəfiqləri Suriya prezidenti Bəşar Əl-Əsədlə əməkdaşlığı rədd etməməlidir.

O əlavə edib ki, Əsəd regionda terrorçuluğa qarşı mübarizə aparan güclü quru qüvvələrinə malikdir.

Ağ Ev bildirib ki, Əsəd regionda qüdrətini itirib və onun Suriyanın gələcəyində iştirakı qeyri-mümkündür.

XS
SM
MD
LG