Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti yarım milyondan çox saxta aksiz markası tutub


Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

Aksiz markasları
Aksiz markasları

“Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub”, DTX bildirir.

Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.

Xəbərdə saxta aksiz markalarını ölkə ərazisnə gətirən, saxta araq buraxan, keyfiyətsiz spirti saxlayan şəxslərin və ya şirkətlərin adları açıqlanmır.

XS
SM
MD
LG