Accessibility links

DSX il ərzində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfəri müəyyən edib


Elçin Quliyev
Elçin Quliyev

2017-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 10 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev DSX-nin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirib,

Onun sözlərinə görə, DSX il ərzində xarici münaqişə zonalarında döyüşmüş 30 nəfərin şəxsiyyətini müəyyən edib, onlardan 5 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər əcnəbi saxla­nılıb, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

“Dövlət sərhədini pozduqlarına görə 503 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 241 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb.13 milyon 72 min manat dəyərində qaçaqmalın, 156 kiloqram 556,6 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb” o qeyd edib.

Xəbəri Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.

XS
SM
MD
LG