Accessibility links

Suriya vətəndaşı Azərbaycanda tutulub


Martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri (Bakıdan 313 kilometr cənub) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan ərazisinə keçən Suriya vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə, sərhəd pozucusu Suriya vətənda­şı Tahir Əli Əbdülsalam oğ­ludur.

Sərhəd Xidməti bildirir ki, sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, Azərbaycanın, Rusiyanın və Belarusun xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İran rialı aşkar olunub.

Faktla bağlı Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG