Accessibility links

ABŞ və Meksika rəsmiləri sərhəd cinayətinə qarşı birgə mübarizəni müzakirə edib [Video]


ABŞ və Meksika rəsmiləri sərhəd cinayətinə qarşı birgə mübarizəni müzakirə edib
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Birləşmiş Ştatlar və Meksika sərhədlər arası narkotik, silah və insan qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qanqsterlərə qarşı mübarizə aparmağa razılaşıb. ABŞ dövlət katibi Mayk Pompeo meksikalı tərəfdaşı Luis Videqaray ilə bazar ertəsi Vaşiqntonda ikitərfəli və regional məsələləri müzakirə edib. Bundan əvvəl isə baş prokuror Ceff Seşşıns ABŞ sərhədinin qanunsuz keçən heç kəsə “açıq olmadığını” deyib.

Birləşmiş Ştatlar yüzlərlə Milli Qvardiya qoşunlarını narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiyanın qarşısını almaq üçün ABŞ-Meksika sərhədinə göndərir. Buna Sərhədin Meksika tərəfinə miqrant karvanın gəlişi səbəb olub. Bazar ertəsi Kaliforniyada çıxış dən Seşşıns miqrantlara müvafiq immiqrasiya prosesi olmadan ölkəyə daxil olmamaları barədə xəbərdarlıq edib.

Biz dünyaya mesaj göndərmək istəyirik ki, insanlar bizim sərhədlərimizə karvanla gəlib, çaxnaşma yarada bilməyəcək. Bizim immiqrasiya sistemində qanunilik və düzlüyə ehtiyacımız var.
Ceff Seşşıns

“Biz dünyaya mesaj göndərmək istəyirik ki, insanlar bizim sərhədlərimizə karvanla gəlib, çaxnaşma yarada bilməyəcək. Bizim immiqrasiya sistemində qanunilik və düzlüyə ehtiyacımız var”, o deyib.

Adminstrasiya çoxları tərəfindən sərhəddə toplaşan mühacirlərin acınacaqlı vəziyyətinə qarşı layedlikdə ittiham olunaraq, tənqid olunur. Seşşıns deyib ki, o, Birləşmiş Ştatlara daxil olmaq istəyənlərin müraicət proseslərini sürətləndirmək üçün əlavə hüquqşünaslar heyəti göndərib.

“Mən cənub-qərb sərhədinə 35 müstəntiq və 18 immiqrasiya hakimi yerləşdirmişəm,” o deyib.

Bazar ertəsi ABŞ və Meksikanın yüksək səviyyəli diplomatlarının müzakirə etdiyi əsas mövzu ABŞ-ın cənub sərhədində immiqrasiya məsələsi olub. Pompeo deyib ki, iki ölkə narkotik maddələrin, silahların və insanların qanunsuz qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq edəcək. O bildirib ki, Birləşmiş Ştatlar və Meksika, ən çox insanın qaçdığı Mərkəzi Amerika ölkələrində həyat şərtlərini yaxşılaşdırmaq üçün birgə işləyəcək.

“Biz Honduras, Qvatemala və El Salvadordakı tərəfdaşlarımız ilə birlikdə işləyib, orada təhlükə və zorakılığı azaldırıq, iqtisadi imkanları artırıq və korrupsiyaya qarşı mübarizə aparırıq”, Pompeo bildirib.

Meksikanın xarici işlər naziri deyib ki, onun ölkəsi artıq Birləşmiş Ştatlara immiqrasiyanın birbaşa mənbəyi deyil və artıq Meksikaya da mühacirlər axışır.

“Biz, vəziyyətlərindən asılı olmayaraq miqrantların ləyaqətlərinə prioritet verməliyik”, o söyləyib.

Meksikanın xarici işlər naziri deyib ki, ABŞ və Meksika rəsmiləri bu yaxınlarda immiqrasiya və sərhəd təhlükısizliyini müzakirə etmək üçün Qvatemala, El Salvador, Honduras və digər ölkələrion nümayəndələri ilə görüşəcək.

XS
SM
MD
LG