Accessibility links

Dövlət Sərhəd Xidməti saxta vizalar, psixotrop həblər və pirotexniki vasitə aşkar edib


Saxta viza

Son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatına görə, iyulun 19-da Bakı-İstanbul reysi ilə uçmaq istəyən Pakistan vətəndaşrı İqbal Mudassarın təqdim etdiyi pas­port­da Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının, iyulun 20-də Bakı-Frankfurt reysi ilə uçmaq istəyən İraq vətəndaşları Aldohuky Sherwan Bashir Yousif-in, AIdohuky Sahand Sherwan Bashir-in, Aldohuky Mohammed Sherwan Bashir-in pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olması müəyyən edilib.

İyulun 21- də “Biləsuvar” dövlət sərhədində buraxılış məntə­qəsində İrandan gələn Azərbaycan vətəndaşı Salyan rayonunun sakini Elçin Hü­sey­­novun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.

İyulun 22-də “Şıxlı” dövlət sərhədində buraxılış məntə­qəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşı Qazax rayonunun sakini Əlövsət İsmayılovun idarə etdiyi minik avtomobilinin yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.

XS
SM
MD
LG