Accessibility links

Sərhədsiz Reportyorlar: Mehman Əliyev Azərbaycan jurnalizminin pioneridir


Sərhədsiz Reportyorlar təşkilatı Turan informasiya agentliyinin direktoru Mehman Əliyevin “qondarma vergidən yayınma” ittihamları ilə həbs edilməsini pisləyir. Bu barədə bəyanat yaymış təşkilat Əliyevin həbsini rejimin müstəqil media orqanına qarşı “təqib kampaniyasının eskalasiyası” kimi qiymətləndirib.

Təşkilat Mehman Əliyevə qarşı basqıların ayın əvvəlində başlandığını bildirib. “Vergidən yayınma və səlahiyyətlədən sui-istifadə etmə” ittihamları ona qarşı irəli sürülməzdən öncə Əliyev Vergilər Nazirliyinə çağırılmış və dindirilmişdi.

Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər.
Yohann Bihr

Məhkəmə növbəti 48 saat ərzində Mehman Əliyev haqda həbs qətimakn tədrbinin seçilməsi, yaxud onun sərbəst buraxılması haqda qərar qəbul etməlidir.

“Hökumət ona görə Turana təzyiqləri gücləndirir ki, onlar bu qurumu özləri ilə əməkdaşlığa məcbur edə bilməyiblər,” Yohann Bihr, Sərhədsiz reportyorların Şərqi Avropa və orta Asiya bölməsinin rəhbəri deyib.

Mehman Əliyev
Mehman Əliyev

“Mehman Əliyev Azərbaycanda jurnalizmin pionerlərindən biridir. Onun yeganə cinayəti ölkənin sonuncu müstəqil media orqanına rəhbərlik etməsidir. Biz onun dərhal azad edilməsini və Turana qarşı bütün ittihamların geri götürülməsini tələb edirik.”

7 avqustda başlanmış cinayət işində iddia olunur ki, Turan son bir neçə ildə qazandığı gəlirlərin məbləğini gizlədib. Sərhədsiz Reportyorlar istintaq işini xəbər agentliyinə qarşı yönəlmiş təqib əməli kimi pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG