Accessibility links

Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizə məqsədilə yeni İslam hərbi alyansı yaradır


Səudiyyə Ərəbistanı terrorizmə qarşı mübarizəyə qoşulan 34 ölkədən ibarət yeni İslam hərbi alyansının yaradıldığını elan edib.

Səudiyyə Ərəbistanı şahzadəsinin müavini və müdafiə naziri Məhəmməd bin Salman müxbirlərə deyib ki, hərbi əməliyyatların koordinasiya edilməsi üçün paytaxt Ər-Riyadda mərkəzin yaradılması nəzərdə tutulur.

Alyansa daxil olan İordaniya, Bəhreyn, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri İŞİD-ə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın bir hissəsi olaraq Suriyada hava hücumları həyata keçirir.

Yeni alyansa daxil olan digər Yaxın Şərq ölkələri Tunis, Liviya, Livan və Misirdir.

Pakistan, Banqladeş və Malayziya ilə yanaşı Sudan, Somalia, Mali və Nigeriya kimi Afrika ölkələri də səylərdə iştirak edir.

Səudiyyə Ərəbistanının açıqladığı bəyanatda deyilir ki, dünyada ən çox müsəlman əhalisi olan İndoneziya da daxil olmaqla bir çox digər ölkələr mübarizəyə dəstək ifadə edib. ​

XS
SM
MD
LG