Accessibility links

Səudiyyə Ərəbistanında qadınlara avtomobil sürməyə icazə veriləcək


Səudiyyə Ərəbistanında ilk dəfə olaraq kral tərəfindən verilmiş fərmana əsasən, qadınların avtomobil sürməsinə icazə veriləcək.

Dövlət mediası çərşənbə günü kralın fərmanı haqda məlumat verərək, sənəddə “kişilər və qadınlara bərabər olaraq sürücülük vəsiqəsi verilməsinə çağırıldığını” bildirib.

Səudiyyə Ərəbistanı hazırda qadınların avtomobil sürməsinə icazə verilmədiyi yeganə ölkəsidir. Dövlət xəbər agentliyi SPA-nın verdiyi məlumata görə, fərman 2018-ci ilin iyun ayında qüvvəyə minəcək.

Səudiyyə Ərəbistanı dünyada qadınlar üçün ən ciddi məhdudiyyətlərin mövcud olduğu bir ölkə hesab edilir. Ölkədə kral ailəsinə mənsub şahzadələrdən tutmuş bütün qadınlar yaxın kişi qohumlarının müşayiəti olmadan xarici səfərə çıxa bilməz.

Səudiyyə Ərəbistanında qadınlar səsvermə zamanı
Səudiyyə Ərəbistanında qadınlar səsvermə zamanı

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq 2015-ci ildə seçkilərdə səs vermək və bələdiyyə seçkilərində iştirak etmək hüququndan istifadə edib. 2013-cü ildə Səudiyyə Ərəbistanının mərhum kralı Abdullanın qərarı ilə ölkə tarixində ilk dəfə olaraq qadınlar Məsləhət Şurasına təyin edilib. Buna qədər Səudiyyə Ərəbistanı dünyanın qadınların siyasi prosesdən kənarda qaldığı yeganə ölkəsi idi.

XS
SM
MD
LG